Müharibə zamanı İranda 27 hava limanı müxtəlif dərəcədə zərər görüb.
Bizim.Media “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bunu İranın Hava Limanları və Hava Naviqasiyası Şirkətinin baş direktoru Mürtəza Dehqan bu gün keçirilən mətbuat konfransında deyib.
O vurğulayıb ki, zərər hava limanlarının uçuş-enmə zolaqları, təhlükəsizlik binaları, hava naviqasiyasına və yoxlamalara yardımçı avadanlıqlara, eləcə də sərnişin terminallarına dəyib.
M.Dehqanın sözlərinə görə, zərərçəkmiş infrastrukturların bərpası çətin proses olsa da, təmir işləri başa çatdırılıb. O, dəymiş ziyanın ümumi maliyyə həcmi və bərpa işlərinə çəkilən xərclərlə bağlı məlumat verməyib.
Qeyd olunur ki, müharibə nəticəsində İranın hava limanları ilə yanaşı, bir sıra təyyarələri də zərər görüb.
Bundan əvvəl İran hökumətinin sözçüsü Fatimə Mohacərani Buşehr hava limanının tamamilə dağıldığını və onun fəaliyyətinin bərpası üçün yenidən tikilməsinə ehtiyac olduğunu açıqlamışdı.
Bizim.Media

- A-
- A
- A+
Region
16:44 / 08.09.2026
Müharibə dövründə İranda 27 hava limanına ziyan dəyib
Hazırda oxunan: Müharibə dövründə İranda 27 hava limanına ziyan dəyib
Hazırda oxunan: Müharibə dövründə İranda 27 hava limanına ziyan dəyib
635480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































