Aİ və Kanada yeni alyans yaratmağa hazırlaşır - KİV

Aİ və Kanada yeni alyans yaratmağa hazırlaşır - KİV

Hazırda oxunan: Aİ və Kanada yeni alyans yaratmağa hazırlaşır - KİV

635539

Avropa İttifaqı və Kanada ticarət, təhlükəsizlik və təchizat zəncirlərini əhatə edəcək yeni genişmiqyaslı alyans yaratmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sentyabrın 16-da Strasburqda yeni tərəfdaşlıq planını təqdim edəcək.

“Kanada hökuməti Aİ ilə əlaqələrin dərinləşdirilməsini əsas prioritetlərdən biri hesab edir”, - deyə materialda bildirilib.
 

Qeyd olunub ki, tərəflər mümkün qədər yaxınlaşmaq istəyirlər, lakin Kanadanın Avropa İttifaqına tamhüquqlu üzvlüyündən söhbət getmir.


Alyansın yaradılması ABŞ ilə ticarət mübahisələri fonunda baş verib. Sentyabrın əvvəlində Kanada ümumi dəyəri 20 milyard dollar olan ABŞ mallarına 15-50 faiz həcmində gömrük rüsumları tətbiq edib. Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, bu, Vaşinqtonun Kanada məhsullarına tətbiq etdiyi analoji tədbirlərə cavab addımıdır.

Rüsumlar polad, süd məhsulları, məişət texnikası və elektronikaya şamil edilib.

Gərginliyin artmasına səbəb isə avqust ayında Vaşinqtonun ümumi dəyəri 27,6 milyard dollar olan Kanada mallarına 50 faizlik rüsum tətbiq etmək qərarı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO