Nazir: “Bəzi bölgələrdə müəllimlərin 90 faizi orta təhsillidir”

Nazir: “Bəzi bölgələrdə müəllimlərin 90 faizi orta təhsillidir”

Hazırda oxunan: Nazir: “Bəzi bölgələrdə müəllimlərin 90 faizi orta təhsillidir”

635542

"Tədqiqatlarda ayrı-ayrı məktəblər deyil, ölkənin təhsil sistemi ölçülür".

Bizim.Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı qeyd edib.

Nazir bildirib ki, tədqiqat çərçivəsində seçilən azsaylı özəl məktəblərin göstəriciləri ümumi nəticəyə ciddi təsir göstərmir:

"Həmin məlumatlar əsasında ayrı-ayrı məktəblər və ya təhsil müəssisələri barədə elmi qənaətə gəlmək düzgün deyil. Əsas məqsəd ümumi təhsil mühitini qiymətləndirməkdir. Regionlardakı vəziyyətdə hazırkı mənzərə əvvəlki illərdə, xüsusilə 2015-2018-ci illərdə həyata keçirilən diaqnostika, nizam-intizamın bərpası və ibtidai təhsildə mərkəzləşmə istiqamətində atılan addımların nəticələri ilə də əlaqəlidir.
 

Sertifikatlaşdırma prosesi müəllimlərin hazırlıq səviyyəsinin şagird nəticələrinə təsirini aydın göstərdi. Bəzi bölgələrimizdə müəllimlərin 80-90 faizi ali təhsilli deyil, orta ixtisas təhsillidir. Lakin son illərdə pedaqoji kadrlara qoyulan tələblər sərtləşdirilib, akademik göstəricisi aşağı olan şəxslərin müəllim kimi fəaliyyət göstərməməsi ilə bağlı mühüm qərarlar qəbul edilib. Müəllim heyətinin keyfiyyəti artdıqca şagird nəticələri və bölgələr arasındakı fərqlər də müsbət istiqamətdə dəyişir".


Emin Əmrullayev vurğulayıb ki, təhsildə qəbul edilən qərarların nəticəsi dərhal deyil, zaman keçdikcə özünü göstərir. Onun sözlərinə görə, təhsildə köklü dəyişikliklərin bir anda baş verməsi mümkün deyil.

Nazir mövcud problemlərin etiraf edilməsinin vacibliyini qeyd edərək bildirib ki, bu məsələlər yalnız Elm və Təhsil Nazirliyinin deyil, bütövlükdə cəmiyyətin və milli təhsil sisteminin ümumi problemidir. Onun sözlərinə görə, problemlərin həlli üçün bütün cəmiyyətin birgə səyi vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO