Sumqayıt Dəmiryol Vağzalında da “Kitab Dayanacağı” istifadəyə verildi – FOTO

Sumqayıt Dəmiryol Vağzalında da “Kitab Dayanacağı” istifadəyə verildi – FOTO

Hazırda oxunan: Sumqayıt Dəmiryol Vağzalında da “Kitab Dayanacağı” istifadəyə verildi – FOTO

635507

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) “Kitab Dayanacağı” layihəsi genişlənməkdə davam edir.

ADY-dən Bizim.Media-ya bildirilib ki, sərnişinlərin gözləmə və səfər vaxtını daha maraqlı və faydalı keçirməsinə xidmət edən “Kitab Dayanacağı” Bakı və Gəncədən sonra Sumqayıt Dəmiryol Vağzalında da istifadəyə verilib.

Yeni məkan sərnişinlərə səfər zamanı müxtəlif kitablar arasından seçim edərək mütaliə etmək imkanı yaradır.

Qeyd edilib ki, bundan sonra Sumqayıtdan başlayan səfərləri kitabların rəngarəng dünyası müşayiət edəcək. ADY sərnişinləri Sumqayıt Dəmiryol Vağzalında “Kitab Dayanacağı”na baş çəkməyə dəvət edib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO