Yaxın Şərqdə savaş yenidən ALOVLANDI – İordaniyadakı ABŞ bazası belə vuruldu – VİDEO

Yaxın Şərqdə savaş yenidən ALOVLANDI – İordaniyadakı ABŞ bazası belə vuruldu – VİDEO

Hazırda oxunan: Yaxın Şərqdə savaş yenidən ALOVLANDI – İordaniyadakı ABŞ bazası belə vuruldu – VİDEO

635583

ABŞ Silahlı Qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Amerika hərbi gəmisinə ballistik raketlərlə hücum etmək istiqamətindəki iki cəhdindən sonra İranın beş xam neft tankerini məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilir.

CENTCOM-un məlumatına görə, iki gün ərzində İran hərbçiləri Amerika hərbi gəmisinə iki dəfə hücum edib, lakin gəmi raket zərbələrindən yayınmağı bacarıb və regionda patrul xidmətini davam etdirib. ABŞ hərbi qulluqçuları arasında xəsarət alan yoxdur.

Hücumlara cavab olaraq Amerika qüvvələri Oman körfəzində "M/T Kaviz", "M/T Charminar", "M/T Horizon 1" və "M/T Riesco" tankerlərini, həmçinin Xarq adası yaxınlığında "M/T Derya" tankerini məhv edib. Zərbələr endirilməzdən əvvəl Amerika hərbçiləri heyətdən gəmiləri tərk etmələrini tələb edib, bundan sonra isə tankerlər sıradan çıxarılıb.

Buna cavab olaraq, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı F-35, F-16, F-15 qırıcılarının təmir-texniki xidmət, hazırlıq, dislokasiya anqarı və qırıcı sığınacaqları hədəfə alıb.

Belə ki, Amerikanın İordaniyadakı Əl-Əzrəq bazasına ağır raket zərbələri endirilib.

"Təcavüzkarı cəzalandırmaq məqsədilə keçirilən bu əməliyyatda ballistik raketlərin ağır hücumu ilə F-35, F-16, F-15 qırıcılarının təmir-texniki xidmət, hazırlıq, dislokasiya anqarı, qırıcı sığınacaqları vurulmuş və düşmənə ağır ziyan dəyib", - SEPAH-ın bəyanatında bildirilib və əlavə edilib ki, ABŞ-nin heç bir hücumu cavabsız qalmayacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO