Ekranların ən uzunömürlü seriallarının siyahısını təqdim edirik:xa0
“Çocuklar duymasın”x9dxa0”“ 2002-ci ildə TGRT-də “Made in Turkey”x9d ifadəsiylə ekrana gəlib. İlk 13 seriyasından sonra milyonlarla tamaşaçını televiziya qarşısına toplaya bilib. Elə 13-cü bölümdən sonra ATV “Çocuklar duyması”x9dnı transfer edib. Bu serial əvvəllər model və aparıcılıq edən Pınar Altuğ üçün aktrisalıq karyerasının başlanğıcı olub. Ekran işini Birol Güvən ərsəyə gətirib. Bir müddət ekranlara fasilə verən serial 2014-cü ildə (12 il) bitib.xa0

“Bizimkilər”x9dxa0”“ 1989-cu ildə TRT ekranlarında yayımlanmağa başlayıb. 1994-cü ildə bitən serial 13 il tamaşaçıların görüşünə gəlib. “Bizimkilər”x9d daha sonra “Star”x9d, “Show TV”x9d və “ATV”x9ddə göstərilib.xa0

“Məhəllənin muxtarı”x9dxa0”“ 90-cı illərin dəbdə olan məhəllə seriallarından biri idi. 1992-2002-ci illərdə ekranda olub. 337 seriyası yayımlanıb.xa0

“Arka sokaklar”x9dxa0”“ 2006-cı ildə yayımlanmağa başlayıb. Zaman-zaman kadr dəyişikliyi olsa da, serialın əsas qəhrəmanları layihədə hələ də yer alır. Bu yay ekran işinin bitdiyi dedi-qoduları yayılsa da, rejissor bunu təkzib etdi və yeni bölümlərinin çəkildiyini bildirdi.xa0

“Kurtlar vadisi”x9dxa0”“ 2003-cü ildə “Bu bir mafiya serialıdır”x9d şüarı ilə yayımlanmağa başladı. Bu serialın əsasında 3 film çəkilib. Ekran işində Şeron Stoun və Endi Qarsia kimi Hollivud ulduzları da çəkiliblər. “Kurtlar vadisi”x9d yayımını hələ də davam etdirir.xa0

“The Guiding Light”x9dxa0”“1952-2009-cu illərdə yayımlanan bu serial Ginnesin rekordlar kitabına düşüb. Serialın bitməsinə isə getdikcə reytinqinin düşməsi səbəb olub. “CBS”x9d kanalında yayımlanıb.xa0

(axsam.az)



































































































