40 yaşından sonra gözəllik və populyarlığını saxlayan məşhurlar -  FOTO

40 yaşından sonra gözəllik və populyarlığını saxlayan məşhurlar - FOTO

Hazırda oxunan: 40 yaşından sonra gözəllik və populyarlığını saxlayan məşhurlar - FOTO

76386
“Allahım, necə də gözəl qocalıram”x9d.

40 yaşında və bu yaşdan sonra öz gözəlliyini qoruyub saxlamaq heç də çox qadınlara nail olmur. Amma dünyada bu yaşında böyük pərəstişkar ordusu olan məşhurlar var.

Oxu.Az məhz onları təqdim edir:

Monika Belluççi - 50 yaş

İtaliyalı diva hələ də gözəllik nümunəsidir. O, pəhriz və fitnes klublardan uzaq durur:

 “Mən özümü çox sevirəm. Ona görə də özümə pəhriz və idmanla əziyyət verə bilmərəm. Özünüzü sevin. O zaman nə idmana, nə də kosmetik prosedurlara ehtiyac qalacaq”x9d.

Helli Berri - 48 yaş

Onun “Miss USA -1986”x9d olmasından illər keçib. Şəkərli DİABET və gec ana olmasına baxmayaraq aktrisa hələ də gözəl görünür.

Meril Strip - 65 yaş

Aktrisa heç bir zaman öz xarici görünüşünə fanatik yanaşmayıb.

Panelopa Krus - 40 yaş

“Mən heç bir zaman öz yaşımı gizlətməyə çalışmamışam. Hörmət etdiyim aktrisalara baxdıqda onların da öz yaşlarından utanmadıqlarını görürəm. Sofi Loren və odri Helbern kimi aktrisalar gözəl yaşlanıblar”x9d.

 

Salma Hayek - 48 yaş

Salma özünə qulluq etməyi nənəsindən öyrəndiyini deyir.

Renata Litvinova - 48 yaş

“Bəzən öz şəkillərimə baxır və aman Allahım, necə də gözəl qocalıram”x9d deyə düşünürəm.

Ancelina Coli - 39 yaş

Aktrisa dəfələrlə planetin ən gözəl qadını elan edilib.

Culiya Roberts - 47 yaş

Hamının Culiyanın gözəlliyində genetikanın və ya botoksun rol oynadığı barədə mübahisə edərkən aktrisa özü düzgün qidalanmadan danışır.

Madonna - 56 yaş

Yaşına baxmayaraq Madonna gözəl görünməyə davam edir.

Cenifer Lopes - 45 yaş

Lopes əvvəlki qədər gözəl olduğunu sübut etməkdən yorulmur.

Sindi Krouford - 47 yaş

Modellərin 25 yaşında kariyeralarına son qoyduqları halda, 90-cı illərin məşhur modeli indiyə qədər tələb olunan modellərdəndir.

Keyt Blanşett - 45 yaş

Hündür, qamətli, mərmər dərili gözəl. Öz gözəlliyinin səbəbi olaraq genlərini və ana olmasını göstərib.

Qvinet Peltrou - 42 yaş

“Mən öz qırışlarımı sevirəm. Əlbəttə, hərdən öz mümkün çatışmazlıqlarımı görməzdən gəlirəm. Mən həyatı, eləcə də yaşadığım illər ərzində qazandığım təcrübəni də qiymətləndirirəm”x9d.

Karmen Dell`Orefays - 84 yaş

84 yaşlı model elə indidə öz populyarlığının pik nöqtəsindədir.

Eva Mendes - 41 yaş

Aktrisa bütün şəkillərində möhtəşəm görünür.

İngeborge Dapkunayte - 52 yaş

50 yaşında formada olmaq və belə xoşbəxt görünmək? Bəli bu mümkündür! Əsas olan ətrafındakı insanlar və sevimli işindir.

Haydi Klum - 41 yaş

Klum öz gözəlliyini elə qoruyub ki, bu sabiq super modelin, 4 uşaq anasının və tanınmış televiziya aparıcısının 27 yaşlı gənclə görüşməsi təəccüb doğurmur.

Demi Mur - 52 yaş

Hər zaman baxımlı və gözəl. Deminin gəncliyinin sirri ”“ həyəcanlı şəxsi həyatıdır.

Şarliz Teron - 39 yaş

Öz yaşına baxmayaraq Şarliz Teron fəal yaradıcılıq kariyerasına davam edir. Onun sirri ”“ fəal həyat tərzindədir: səhərlər qaçır və mümkün qədər çox piyada gəzməyə çalışır.

Sofi Loren - 80 yaş

İtalyan filminin əfsanəsi Sofi Loren hələ də özünə dekolte və əyninə oturan paltarlar geyinməyə icazə verə bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO