İran bütün ölkələrə ÇAĞIRIŞ etdi

İran bütün ölkələrə ÇAĞIRIŞ etdi

Hazırda oxunan: İran bütün ölkələrə ÇAĞIRIŞ etdi

633569

Bu gün İran Xarici İşlər Nazirliyi bəyanat yayaraq, ABŞ-nin İrana qarşı yeni iqtisadi sanksiyalar mərhələsini “iqtisadi terrorçuluq” və “dövlət terrorçuluğu”nun nümunəsi kimi dəyərləndirib.

Bizim.Media bu barədə İRNA-ya istinadla xəbər verir. 

Agentliyin yaydığı məlumata görə, bəyanatda ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların “tamamilə qanunsuz və əsassız” olduğu bildirilib.

Nazirlik bütün ölkələri birtərəfli ABŞ sanksiyalarını tətbiq etməkdən çəkinməyə çağırıb.

İran Vaşinqtonu ABŞ dollarının beynəlxalq statusundan yararlanaraq, digər ölkələri öz siyasətinə uyğun addım atmağa məcbur etməkdə günahlandırıb. Tehran bu siyasətin dövlətlərin milli suverenliyinə və BMT Nizamnaməsinin prinsiplərinə zidd olduğunu bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO