Rus müğənninin Balidəki konserti ləğv edildi

Rus müğənninin Balidəki konserti ləğv edildi

Hazırda oxunan: Rus müğənninin Balidəki konserti ləğv edildi

612720

Xarici agent elan edillən məşhur rusiyalı müğənni Boris Qrebenşçikovun Bali adasındakı konserti ləğv edilib.

Buna səbəb isə İndoneziya qanunvericiliyində edilən dəyişiklikdir.

Əgər yaxın keçmişdə sənətçinin qastrol fəaliyyəti ilə məşğul olması üçün turist vizası kifayət edirdisə, hazırda isə bunun üçün iş vizası tələb olunur.

Qeyd edək ki, bir neçə gün əvvəl də rusiyalı şoumen Mixail Şaç konsertinə gedərkən Bali küçələrindən birində miqrasiya xidmətinin nümayəndələri tərəfindən saxlanılmış və deportasiya məsələsi qaldırılmışdı.(axşam.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO