ABŞ Konqresində növbəti Epşteyn şoku – Britaniya sarayının gizli qonaqları ifşa olundu

ABŞ Konqresində növbəti Epşteyn şoku – Britaniya sarayının gizli qonaqları ifşa olundu

Hazırda oxunan: ABŞ Konqresində növbəti Epşteyn şoku – Britaniya sarayının gizli qonaqları ifşa olundu

618460

Milyarder Ceffri Epşteyn tərəfindən uzun illər boyu seksual və psixoloji zorakılığa məruz qaldığını iddia edən Sara Kellen adlı qadın ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsində sensasion ifadələr verib.

Bizim.Media xəbər verir ki, "Independent" qəzetinin məlumatına görə, Kellen rəsmi ifadəsində Böyük Britaniyanın kral iqamətgahlarına gizli səfərlər etdiyini və Bukingem sarayında Şahzadə Endryunun şəxsi mənzilində şam yeməyində iştirak etdiyini açıqlayıb.

Bu, Epşteynin qurbanlarından birinin kral iqamətgahlarına səfərləri rəsmən və açıq şəkildə təsdiqlədiyi ilk hadisədir.
 

Dərc olunmuş rəsmi stenoqrama əsasən, Sara Kellen Epşteynlə birlikdə Vindzor qəsrində Şahzadə Beatrisin 18 yaşının tamam olması münasibətilə keçirilən təntənəli məclisdə iştirak etdiyini və York hersoqunun şəxsi malikanəsində olduğunu bildirib. Lakin o, bu görüşlər zamanı Şahzadə Endryu tərəfindən hər hansı qeyri-etik və ya qanunsuz davranış müşahidə etmədiyini xüsusi vurğulayıb.


Kellen ifadəsində Epşteynin yanında işlədiyi 10 ildən artıq müddətdə ABŞ-ın keçmiş prezidenti Bill Klinton, hazırkı dövlət başçısı Donald Tramp və milyarder Bill Qeyts kimi nüfuzlu şəxslərlə də şəxsən görüşdüyünü qeyd edib. O, bu şəxslərə qarşı birbaşa qanunsuzluq ittihamı irəli sürməsə də, Epşteynin qlobal miqyaslı əlaqələrinin onda yaratdığı qorxu və çarəsizlik hissini dilə gətirib:

"Onun bu qədər güclü insanlarla dostluq etməsi məndə elə bir rəy yaratmışdı ki, bu maliyyəçinin qarşısında tamamilə acizəm və mənə kimsə kömək edə bilməz".

Komitə qarşısındakı bu çıxış Epşteyn və onun köməkçisi Qislen Maksvell şəbəkəsinin dövlət səviyyəsindəki nüfuz dairəsini növbəti dəfə sübuta yetirib. Bukingem sarayı və Şahzadə Beatrisin nümayəndələri hələlik Konqresdə səslənən bu ağır iddialarla bağlı rəsmi şərh verməkdən yayınırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO