Azərbaycanın hərbi gəmiləri Xəzərdə hədəfləri atəşə tutdu – FOTO

Azərbaycanın hərbi gəmiləri Xəzərdə hədəfləri atəşə tutdu – FOTO

Hazırda oxunan: Azərbaycanın hərbi gəmiləri Xəzərdə hədəfləri atəşə tutdu – FOTO

618463

Azərbaycanın Hərbi Dəniz Qüvvələrində (HDQ) döyüş atışlı taktiki təlimlər start götürüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Xəzər dənizində icra olunan manevrlərin gedişatını şəxsən izləyiblər.

Baş Qərargah rəisinə məruzə edilib ki, birgə koordinasiyalı hərbi əməliyyatların ssenarisinə dörd fərqli dövlət strukturunun qüvvələri cəlb olunub:

Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri (HHQ), Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi və Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq bölmələri.
 

Təlimin planına uyğun olaraq, Xəzər dənizinin Azərbaycana məxsus akvatoriyasında (sektorunda) gəmi heyətləri və digər qoşun növləri tərəfindən şərti düşmənin dəniz və sahildəki hədəflərinin aşkar edilərək məhv edilməsi üzrə müxtəlif döyüş tapşırıqları real atəş zərbələri ilə uğurla yerinə yetirilib.


Rəsmilərin bildirdiyinə görə, bu irimiqyaslı manevrlərin keçirilməsində əsas məqsəd komandir və qərargah heyətinin real döyüş şəraitində qüvvələri çevik idarəetmə bacarıqlarını təkmilləşdirmək, eləcə də hərbi gəmilərin həm təkbaşına, həm də taktiki qrup tərkibində strateji tapşırıqların icrasına hazırlıq səviyyəsini yoxlamaqdır.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO