Azovda həyatını itirən kapitanın dəfn mərasiminin VAXTI AÇIQLANDI – ÖZƏL

Azovda həyatını itirən kapitanın dəfn mərasiminin VAXTI AÇIQLANDI – ÖZƏL

Hazırda oxunan: Azovda həyatını itirən kapitanın dəfn mərasiminin VAXTI AÇIQLANDI – ÖZƏL
618384
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Taqanroq şəhəri yaxınlığında dron hücumu zamanı həlak olan xaçmazlı dənizçi Fuad Orucovun nəşi bu gün Azərbaycan-Rusiya sərhədindən ölkəyə gətiriləcək.
 

MÖVZU İLƏ BAĞLI: 

Onların nəşi Azərbaycana gətiriləcək


Bu barədə Bizim.Media-ya mərhumun qardaşı Faiq Orucov məlumat verib.

Onun sözlərinə görə, Fuad Orucovun və hadisə zamanı həyatını itirən digər azərbaycanlı dənizçi Qismət Əliyevin cənazələri Samur sərhəd keçid məntəqəsindən birbaşa Bakıya aparılacaq.

“Bu gün saat 16:00-da dənizçilərin cənazələri Bakıda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə çatdırılacaq. Azərbaycan ekspertləri tərəfindən meyitlər üzərində tibbi ekspertiza aparılacaq. Bundan sonra cənazələr ailələrinin yaşadığı ünvanlara göndəriləcək”, – deyə Faiq Orucov bildirib.

Mərhumun qardaşı qeyd edib ki, dəfn mərasiminin sabah keçirilməsi nəzərdə tutulur:

“Dəfni sabah etməyi düşünürük. Hesab edirik ki, bu gün bütün prosedurları başa çatdırmağa vaxtımız çatmayacaq”.

Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici - "Natra" və "Zirkon" yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucovun həlak olduğu, üç nəfərin isə yaralandığı bildirilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO