Əli Kərimlinin həbs müddəti uzadıldı

Əli Kərimlinin həbs müddəti uzadıldı

Hazırda oxunan: Əli Kərimlinin həbs müddəti uzadıldı

618467

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti uzadılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmə cinayət işi üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq vəsatəti təmin edib.

Qərara əsasən, Əli Kərimlinin həbs müddəti daha 5 ay artırılıb.

Qeyd edək ki, Ə.Kərimli Prezident Adminstrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunur.

Hazırda cinayət işləri üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) genişmiqyaslı ibtidai istintaq hərəkətləri aparılır. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO