“Türkiyə və Azərbaycan iki önəmli güc mərkəzidir” - Fahrettin Koca

“Türkiyə və Azərbaycan iki önəmli güc mərkəzidir” - Fahrettin Koca

Hazırda oxunan: “Türkiyə və Azərbaycan iki önəmli güc mərkəzidir” - Fahrettin Koca
95180
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Türkiyə və Azərbaycan dövlətləri iki önəmli güc mərkəzidir. Hər sahədə olduğu kimi, tibb sahəsində əlaqələr yüksələn xətlə davam edir. Bu sahədə görüləcək işlərimiz hələ çoxdur”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycan-Türkiyə səhiyyə biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, türk şirkətlərinin Azərbaycandakı yatırımı 12 milyard dolları keçib:

“Türkiyədəki Azərbaycan şirkətlərinin yatırımı isə 20 milyard dolların üzərindədir. İkili ticarət həcmi, təxminən, 5 milyard dollar civarındadır.
Bu rəqəmin 15 milyard dollara çatmasında qatqılarımızın olacağına inanırıq. Türkiyə və Azərbaycan dərman, tibbi avadanlıq, kosmetika, xəstə müalicəsi və səhiyyə sahəsindəki yatırımlar istiqamətində qarşılıqlı ticari tərəfdaşdırlar. İldə, təxminən, 500 minə yaxın Azərbaycan vətəndaşı Türkiyəyə turist kimi səfər edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO