İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib - VİDEO

İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib - VİDEO

Hazırda oxunan: İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib - VİDEO
93782
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Bizim.Media xəbər verir ki, Toivo Klaar sentyabrın 12-dən 13-nə keçə gecə dövlət sərhədində baş vermiş gərginliklə bağlı narahatlığını ifadə etdi, bu xüsusda Avropa İttifaqı rəhbərliyinin Ermənistanın baş naziri və Azərbaycan Prezidenti ilə telefonla danışdığını diqqətə çatdırdı.

Dövlətimizin başçısı bu genişmiqyaslı təxribatın məhz Ermənistan tərəfindən törədildiyini qeyd edərək, buna görə bütün məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın Brüsseldə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO