Azərbaycanlıların Zəngəzurdan köçürülməsində Fransanın da iştirakı olub – FOTOFAKT

Azərbaycanlıların Zəngəzurdan köçürülməsində Fransanın da iştirakı olub – FOTOFAKT

Hazırda oxunan: Azərbaycanlıların Zəngəzurdan köçürülməsində Fransanın da iştirakı olub – FOTOFAKT
86024
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın rusların dəstəyi və iştirakı ilə qədim Azərbaycan torpaqlarında dövlət yaratdıqları gün kimi hər kəsə aydındır. Bununla bağlı kifayət qədər faktlar, sübutlar var. Amma bu məsələdə digər dövlətlərin də əlbirliyini hər kəs bilmir.

Bizim.Media qədim Azərbaycan torpaqlarının erməniləşdirilməsində iştirak edən daha bir dövlət haqqında fotofakt əldə edib.

Tarixdən bilirik ki, Böyük Vətən Müharibəsi qurtarandan həmən sonra Anastas Mikoyanın təşəbbüsü və İosif Stalinin xeyir-duası ilə 200 mindən artıq azərbaycanlı Qərbi Zəngəzur və Göycə mahalından çıxarıldı.

Ən pisi də odur ki, bu insanlara köçmək üçün ən xırda hüquq belə tanınmadı. Uşaqlı-böyüklü, qocalı-qadınlı 200 mindən artıq insan yük vaqonlarına doldurularaq Azərbaycanın Mil-Muğan, Kür-Araz ovalıqlarına göndərildi.

Minlərlə soydaşımız ilan mələyən çöllərdə tələf oldu. Hələ indi də bu çöllərdən insanlarımızın sümükləri aşkarlanır.
 

Çox maraqlıdır ki, bu qanlı cinayətlə paralel Kremli daha bir absurd qərar verdi. Guya ki, Ermənistanda işçi qüvvəsi çatışmır. Bundan ötrü Fransa ilə təcili yazışmalara başlanıldı.


Bundan sonra xarici ölkələrdən Ermənistana kütləvi şəkildə erməni ailələrinin köçürülməsinə başlanıldı. Təqdim olunan sənəddə qeyd olunur ki, Ermənistanda işçi qüvvəsi ehtiyatı yaratmaq məqsədi ilə Fransadan 23 min erməni köçürülür. Bütün köçrülmə xərclərini isə dövlət öz üzərinə götürür.

Surxay Atakişiyev, Bizim.Media

Azərbaycanlıların Zəngəzurdan köçürülməsində Fransanın da iştirakı olub – FOTOFAKT - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO