\'\'Yaralar heç vaxt sağalmayacaq\'\' - İlham Əliyev

\'\'Yaralar heç vaxt sağalmayacaq\'\' - İlham Əliyev

Hazırda oxunan: \'\'Yaralar heç vaxt sağalmayacaq\'\' - İlham Əliyev

8342

''Artıq Azərbaycan ziyanın qiymətləndirilməsi prosesinə başlamışdır. Yəni, yaxşı tanınmış beynəlxalq şirkətlərin köməyi ilə maddi, mədəni, mənəvi, ekoloji ziyan hərtərəfli qiymətləndiriləcək və bu da bizə təcavüzkar Ermənistan dövlətini beynəlxalq məhkəmələrə vermək imkanı yaradacaq''.

Bizim.Media bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Dövlət başçısının sözlərinə görə, 44 günlük müharibə regionda vəziyyəti dəyişib. O, bildirib ki, müharibə bitib, biz növbəti səhifəyə keçməliyik.

''Biz ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaqdır. Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə baxmalıyıq və əraziləri, tam viran qalmış ərazini yenidən qurmalıyıq və biz bunu edəcəyik, artıq bu işlərə başlanılıb''.

''İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır. Bu il biz bu işlər üçün əsaslı vəsait ayırmışıq'',- deyə Prezident qeyd edib''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO