“Qərb nüvə müharibəsinə hazırlaşır” – Lukaşenkodan sensasion AÇIQLAMA – VİDEO

“Qərb nüvə müharibəsinə hazırlaşır” – Lukaşenkodan sensasion AÇIQLAMA – VİDEO

Hazırda oxunan: “Qərb nüvə müharibəsinə hazırlaşır” – Lukaşenkodan sensasion AÇIQLAMA – VİDEO
81854
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qərb və Avropa dünyanı nüvə müharibəsi ilə təhdid edir. Yoxsa, hər gün keçirilən sınaqlar, məşqlər nəyə lazımdır ki! Nə üçün nüvə başlıqlarını o ölkədən bu ölkəyə daşıyırlar? Ona görə ki, istədikləri vaxt istədikləri ölkələrə nüvə bombalarını ata bilsinlər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu qəbul edərkən söyləyib.

Belarus prezidenti əlavə edib ki, Belarusda heç bir nüvə bazası yoxdur. Bu bazalar yalnız Rusiyadadır:

“Putin çox doğru deyir ki, bizim bir bazamız var. NATO-nunsa 6 üzv ölkəsində nüvə bazaları var. Ona görə də biz nüvə müharibəsinə hazır olmalıyıq. 1941-ci ildə də biz Qərbə inandıq. Amma onlar müharibəyə başladı. Biz Qərbə inanmırıq”.

“Qışqırmaq, hay-küy salmaq lazım deyil. Guya ki, Putin Belarusu işğal edib, burda istədiyini edir.

Xeyr, biz iki ölkə arasında ağıllı siyasət yürüdürük. Necə ki, iki suveren və dost dövlət arasında belə əlaqələr olur. Bizim əlaqələrimiz yalnız sülh və inkişaf məqsədi daşıyır”- deyə Aleksandr Lukaşenko fikirlərini yekunlaşdırıb.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO