İlham Əliyev və Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalında - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev və Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalında - FOTO/VİDEO

76616

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan “TEKNOFEST Azərbaycan” Festivalının keçirildiyi məkana gəliblər.

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar çıxış edərək Festival barədə məlumat verdi, tədbirin Azərbaycanda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Dünya şöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı professor Əziz Sancar çıxış edərək Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun əhəmiyyətini vurğuladı, “TEKNOFEST Azərbaycan” Festivalının təşkilinə görə minnətdarlığını ifadə edib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.

Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Çıxışlardan sonra Festivalın müxtəlif müsabiqələr üzrə qaliblərinin mükafatlandırma mərasimi olub.

Mükafatları qaliblərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Nobel mükafatı laureatı professor Əziz Sancar təqdim ediblər.

Prezidentlər İlham ƏIiyev, Rəcəb Tayyib Ərdoğan və görkəmli alim Əziz Sancar xatirə fotosu çəkdiriblər.

Dövlət başçılarına və Əziz Sancara “TEKNOFEST Azərbaycan” Festivalının xatirə hədiyyələri təqdim olundu.

Birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, həmçinin Sümeyyə Bayraktar və Arzu Əliyeva xatirə fotoları çəkdirdilər.

Sonra hər iki qardaş ölkənin rəsmi nümayəndələri birgə foto çəkdirdilər.

Mərasimdən sonra Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan sərgi zonasındakı pavilyonlarla tanış oldular.

Bizim.Media

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO