İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında - YENİLƏNİB - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında - YENİLƏNİB - FOTO/VİDEO

74277

Mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.

Yeni hava limanına ilk dəfə göyərtələrində Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin olduqları təyyarələr eniş edib.

Hər iki ölkənin dövlət başçılarının təyyarələri nəhəng su tağının altından keçib. Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamlayıb. Daha sonra qardaş ölkələrimizin prezidentləri açılış mərasiminin keçirildiyi məkana gəliblər.

Dövlət başçıları açılış mərasimində çıxış ediblər. İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olunub Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent kəsilib.

*** 15.01

Bu gün Türkiyənin şimal-şərqində ölkənin 58-ci hava limanının açılış mərasimi keçirilir. 
 
Bizim.Media xəbər verir ki, Rize-Artvin hava limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iştirak edirlər.

***09:26

Bu gün Türkiyənin şimal-şərqində ölkənin 58-ci hava limanının açılışı olacaq.

Bizim.Media xəbər verir ki, Rize-Artvin adlı hava limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Qeyd edək ki, Ərdoğan bir müddət əvvəl verdiyi açıqlamada açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyini bildirmişdi.

Qeyd edək ki, Rizenin Pazar bölgəsində, Yeşilköydə 1000 hektar sahədə layihələndirilən Rize-Artvin Hava Limanının təməli 3 aprel 2017-ci ildə atılıb. İldə 3 milyon sərnişinə xidmət göstərməsi gözlənilən hava limanının tikintisi 1 milyard 78 milyon lirəyə başa gəlib.

Bizim.Media

 































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO