ABŞ müdafiə nazirlərindən sension məktub: “Ordu siyasətə qarışmasın!”

Hazırda oxunan: ABŞ müdafiə nazirlərindən sension məktub: “Ordu siyasətə qarışmasın!”

7357

ABŞ-ın 10 keçmiş müdafiə naziri ortaq məktub imzalayıblar və məktubda "ordunun prezident seçkilərinin nəticələrinə müdaxilə etməməsi" ilə bağlı xəbərdarlıq yer alıb.

Vaşinqton Post qəzetində yayımlanan ortaq məktubu ABŞ-ın keçmiş müdafiə nazirləri Eşton Karter, Dik Çeni, Uilyam Kohen, Mark Esper, Robert Gayts, Çak Hagel, Ceyms Mettis, Leon Panetta, Uilyam Perry və Donald Ramsfeld imzalayıblar.

Məktubda keçmiş nazirlər 3 noyabrda keçirilən mübahisəli prezident seçkilərinin nəticələrinin ordunun mövqeyi ilə əlaqəli olmadığına xəbərdar edərək, "əks halda yaranacaq vəziyyətin milli təhlükəsizliyi qarşı təhdid yaradacağını" qeyd ediblər.

Məktubda “Ordu mənsubları konstitusion sistemi daxili və xarici düşmənlərə qarşı qorumağa and içib. Andımız bir şəxsə və ya bir partiyaya deyil" deyərək nazirlər iqtidarın dinc yolla ötürülməsinin vacibliyinə diqqət çəkiblər.

ABŞ Müdafiə nazirinin katibliyini icra edən Kristorfer Millerə çağırış edən keçmiş nazirlər, hakimiyyətin seçkidə qalib gələn Co Bayden administrasiyasına verilməsinin sülh yolu ilə və qanuni bir şəkildə edilməli olduğunu qeyd ediblər.

Analitiklərin fikrincə, keçmiş müdafiə nazirlərinin ortaq məktubu ABŞ ordusu daxilində bəzi maraq qruplarının qarşılıqlı narazılığından xəbər verir. 20 yanvarda yeni ABŞ prezidenti Co Bayden rəsmi olaraq öz prezidentlik səlahiyyətlərinin icrasına başlayacaq. Lakin Donald Tramp seçkilərdə qanunsuzluqların olduğunu, seçicilərin aldadıldığı bildirir.

İnaqurasiya mərasimi yaxınlaşdıqca xüsusilə ordu içərisində fərqli maraq qruplarının fəaliyyətə keçə biləcəyindən ehtiyyat olunur. Müdafiə nazirlərinin ortaq müraciəti bir baxıma bu cür qarşıdurmaları önləmək üçün atılmış addım hesab edilir.

Rəvan Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO