Azərbaycan və Rusiya baş nazirləri telefonla danışdı

Azərbaycan və Rusiya baş nazirləri telefonla danışdı

Hazırda oxunan: Azərbaycan və Rusiya baş nazirləri telefonla danışdı
6812
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məlumata görə, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib. İqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyası çərçivəsində aparılan işlərin intensivləşməsinin əhəmiyyəti vurğulanıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri yüksək qiymətləndirilib.

Telefon danışığı zamanı həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn məsələlər müzakirə edilib.

Eyni zamanda hər iki ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Hökumət başçıları Yeni il münasibətilə bir-birilərini təbrik ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO