Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarəti altına keçib - AÇIQLAMA

Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarəti altına keçib - AÇIQLAMA

Hazırda oxunan: Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarəti altına keçib - AÇIQLAMA
66619
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu hazırda dislokasiya işləri apararaq mövqelərini möhkəmlədir. Beləliklə, tarixi torpaqlarımızdan olan Fərrux kəndi də Azərbaycanın nəzarəti altına keçib”.

Bizim.Media xəbər verir ki. bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi qələbə qazanaraq 30 il müddətində işğala məruz qalan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz təmin olundu.

Eyni zamanda Ermənistan diz çökərək, yalvararaq kapitulyasiya aktına imza atdı və beləliklə, 10 noyabr 2020-ci il tarixində üçtərəfli Rusiya, Azərbaycan Prezidentləri və Ermənistan Baş nazirinin imzası ilə təsdiq olunmuş bəyanat imzalanıb. Bəyanata əsasən, ərazilərimizin bir hissəsində, tarixi torpaqlarımızda Rusiya sülhməramlı kontingenti yerləşdirildi”, - deputat xatırladıb.

Onun sözlərinə görə, Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsi növbəti tarixi qələbədir:

“Bu torpaqlar Azərbaycanın əzəli əraziləridir və bundan sonra da bütün o torpaqlar Azərbaycanın nəzarəti altında olacaq. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidentinin “Nəyi, nə vaxt, necə edəcəyi” sözləri indi öz yerini təsdiqləmiş olub. Uğurlu diplomatik-siyasi yollarla artıq Fərrux kəndi də Azərbaycanın tam nəzarəti altına keçmiş oldu”.

Bizim.Media

Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarəti altına keçib - AÇIQLAMA - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO