Azərbaycanda İƏT-in yaşıl enerji üzrə mərkəzi yaradılacaq

Azərbaycanda İƏT-in yaşıl enerji üzrə mərkəzi yaradılacaq

Hazırda oxunan: Azərbaycanda İƏT-in yaşıl enerji üzrə mərkəzi yaradılacaq
64252
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüş çərçivəsində nazir Ceyhun Bayramov İƏT-in sonuncu Aşqabad Sammitinin nəticələrini yüksək qiymətləndirib.

Nazir, Azərbaycanın təşkilatla əməkdaşlığa əhəmiyyət verdiyini və qurumun ölkəmizdə iki ixtisaslaşmış təşkilatının yerləşdiyini vurğulayıb.

Təşkilatın yaşıl enerji üzrə mərkəzinin Azərbaycanda yaradılması və bununla əlaqədar, mərkəzin nizamnaməsinin üzv dövlətlər tərəfindən imzalanması və mərkəzin yaxın zamanlarda fəaliyyətə başlamasının əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Aşqabad Sammitindən irəli gələn məsələlərin həlli, xüsusilə İƏT çərçivəsində iqtisadi, nəqliyyat bağlılığı, eyni zamanda enerji sahəsində əməkdaşlığın vacibliyini və bu məsələlərin Azərbaycan üçün də prioritet olduğunu nəzərə alaraq, ölkəmizin sözügedən istiqamətlərdə əməkdaşlığa əhəmiyyət verdiyini diqqətə çatdırıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycanın təşkilatla əməkdaşlığa verdiyi töhfəni qeyd edərək, İƏT Katibliyinə Azərbaycan diplomatlarının ezam edilməsini yüksək qiymətlədirildiyini ifadə edib.

O eyni zamanda, enerji və iqtisadi bağlılıq məsələlərinin İƏT-in gündəliyində duran əsas məsələlər olduğunu, Azərbaycanın bu sahələrdə rolunun vacibliyinin vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO