Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı

Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı

Hazırda oxunan: Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı

635836

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq baş konsulu Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.

Bizim.Media xəbər verir ki, cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu təyin olunub. 2016-cı ildə Baş konsul vəzifəsindən geri çağırılıb.

3 may 2016-cı ildə Sankt-Peterburq şəhərində Azərbaycanın Baş konsulu vəzifəsinə təyin edilib.

2024-cü il oktyabrın 21-də bu vəzifədən geri çağırılıb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO