Rusiya hakimiyyəti qanunları pozduğuna görə təxminən 200 min əcnəbinin ölkəyə girişini məhdudlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya daxili işlər nazirinin birinci müavini — Xarici vətəndaşlıq və qeydiyyat məsələləri xidmətinin rəisi Andrey Kikot Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
"Hər il ölkəmizə müxtəlif məqsədlərlə təqribən 9 milyon əcnəbi vətəndaş gəlir. Hazırda ölkəmizdə 6-6,5 milyon arasında miqrant var", — deyə o bildirib.
Nazir müavini əlavə edib ki, Rusiyada olan və işləməyən miqrant ailə üzvlərinin sayı 20% azalıb.
Kikotun sözlərinə görə, Rusiyada leqal şəkildə olan əmək miqrantlarının sayı da artır.
Yeri gəlmişkən, Kikotin Rusiya Prezidenti Vladimir Putinlə görüşü ötən gün baş tutub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:02 / 10.09.2026
Rusiya 200 min əcnəbinin ölkəyə girişini məhdudlaşdırdı
Hazırda oxunan: Rusiya 200 min əcnəbinin ölkəyə girişini məhdudlaşdırdı
Hazırda oxunan: Rusiya 200 min əcnəbinin ölkəyə girişini məhdudlaşdırdı
635846
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































