İyulda təyin olunan Avstriyadakı səfirimiz etimadnaməsini təqdim etdi - FOTO

İyulda təyin olunan Avstriyadakı səfirimiz etimadnaməsini təqdim etdi - FOTO

Hazırda oxunan: İyulda təyin olunan Avstriyadakı səfirimiz etimadnaməsini təqdim etdi - FOTO

633028

Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyi (XİN) Protokol idarəsinin rəisi Maksimilian Henniqə təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
 

"Səfir Kamil Xasiyev 25 avqust 2026-cı il tarixində etimadnaməsinin surətini Avstriya Respublikası Xarici İşlər Nazirliyi Protokol idarəsinin rəisi cənab Maksimilian Henniqə təqdim etmişdir", - paylaşımda bildirilib.


Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 29-da K. Xasiyevin Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Daha əvvəl bu vəzifəni Rövşən Nüsrət oğlu Sadıqbəyli icra edirdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO