Azərbaycanın yeni səfiri Qazaxıstanın XİN rəhbəri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycanın yeni səfiri Qazaxıstanın XİN rəhbəri ilə GÖRÜŞDÜ - FOTO

Hazırda oxunan: Azərbaycanın yeni səfiri Qazaxıstanın XİN rəhbəri ilə GÖRÜŞDÜ - FOTO

632504

Azərbaycan və Qazaxıstan ikitərəfli əməkdaşlığın aktual məsələlərini və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yollarını müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzəmin Əsgərov Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə görüşünün yekunları barədə "X"də yazıb.

"Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə görüşmək mənim üçün şərəf idi. Biz ikitərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə etdik", - diplomat qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 28-də Qazaxıstandakı səfiri dəyişib.

Əvvəllər bu vəzifəni Ağalar Atamoğlanov tuturdu. Əlimirzamin Əskərov isə bundan əvvəl Azərbaycanın Tacikistandakı diplomatik nümayəndəliyinə rəhbərlik edirdi.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO