Paşinyan: “Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub”

Paşinyan: “Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub”

Hazırda oxunan: Paşinyan: “Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub”

629951

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsinin bağlandığını və sülhün bərqərar olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Paşinyan bunu 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli görüşün ildönümü münasibətilə sosial şəbəkə hesabında yazıb.

Paşinyan bildirib ki, bir il əvvəl ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və iştirakı ilə Ağ Evdə Ermənistan və Azərbaycan liderləri arasında keçirilən üçtərəfli görüşün nəticəsində iki ölkə arasında sülh bərqərar olub.

Onun sözlərinə görə, Ermənistan tərəfi artıq 8 avqust görüşünü “Sülh Sammiti”, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə qəbul etdikləri və Donald Trampın şahid qismində imzaladığı birgə bəyannaməni isə “Sülh Bəyannaməsi” adlandırır.

“Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh hər kəs üçün görünən və hiss ediləndir”, – Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, bununla belə, sülh gündəliyinin həyata keçirilməsində son nöqtəyə hələ çatılmayıb. O xatırladıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən paraflanmış “Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” hələ imzalanmalı və ratifikasiya olunmalıdır. Paşinyan, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının davam etdirilməli olduğunu bildirib.
 

“Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub. O, gözünüzün qarşısındadır, həyatınızın və gündəlik həyatın bir hissəsinə çevrilib”, – Baş nazir əlavə edib.


O, Ermənistan-Azərbaycan sülhünün bərqərar olmasına verdiyi töhfəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

“Ermənistan xalqını 8 avqust münasibətilə təbrik edirəm. Azərbaycan xalqını 8 avqust münasibətilə təbrik edirəm”, – Paşinyan müraciətini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO