Azərbaycan və Sudan arasında diplomatik pasport sahibləri üçün vizasız rejim təsdiqlənib.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bugünkü iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiqi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
Saziş 2026-cı il mayın 19-da Bakı şəhərində imzalanıb.
Sazişə əsasən, Azərbaycan və Sudanın diplomatik pasport sahibləri qarşılıqlı əsasda viza tələbindən azad olunacaqlar.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Günay Şahmar, Bizim.Media





































































































