Qazaxıstan rəsmisi: "Dindən şəxsi və eqoist məqsədlər üçün istifadə edənlər var"

Qazaxıstan rəsmisi: "Dindən şəxsi və eqoist məqsədlər üçün istifadə edənlər var"

Hazırda oxunan: Qazaxıstan rəsmisi: "Dindən şəxsi və eqoist məqsədlər üçün istifadə edənlər var"

622470

"Bir çox ölkələrdə din adı altında şəxsi və eqoist məqsədlər üçün istifadə edən insanların olması sirr deyil".

Bizim.Media xəbər verir ki, bunu Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü çərçivəsində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya nazirinin müavini Rüstəm Əli bildirib.

O qeyd edib ki, hər bir ölkə kimi, Qazaxıstanın da daxili və xarici təhdidləri mövcuddur.

"Əgər 2000-ci illərin əvvəllərində ölkəmizdə təxminən 700 dini birlik fəaliyyət göstərirdisə, bu gün onların sayı 4 mini ötüb. Hazırda 18 konfessiya və 120-dən çox etnik qrup Qazaxıstanda sülh və harmoniya şəraitində yaşayır”.

Rüstəm Əli əlavə edib ki, Qazaxıstan müstəqilliyinin ilk illərindən etibarən dini müxtəlifliyin və etnik rəngarəngliyin sülh şəraitində birgə yaşamasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib.

Dinlərarası harmoniyanın möhkəmləndirilməsi üçün ölkədə müxtəlif daimi platformalar fəaliyyət göstərir:
 

“Yerli və respublika səviyyələrində dinlərarası harmoniyanın qorunması və möhkəmləndirilməsi üçün fikir mübadiləsi aparmağa, problemli məsələləri və onların həlli yollarını müzakirə etməyə imkan verən çoxsaylı daimi platformalarımız mövcuddur”.


Rüstəm Əli Qazaxıstanın dünyada tolerantlıq və açıq dialoq ideyalarının təşviqində fəal rol oynadığını vurğulayaraq Dünya və Ənənəvi Din Liderlərinin Qurultayının bu istiqamətdə xüsusi əhəmiyyət daşıdığını bildirib.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO