Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO/VİDEO

Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO/VİDEO

Hazırda oxunan: Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO/VİDEO
621014
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov Azərbaycanın və Türkmənistanın dövlət başçılarına məsciddə görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, təməli 2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi ucalmaqdadır.
 

Zəfər Gününün rəmzi olaraq 8 rəqəmi formasında inşa edilən məscid əsas və inzibati binalardan, o cümlədən kişi və qadın dəstəmazxanalarından ibarət olacaq. Məscidin hündürlüyü 73 metr olacaq iki minarəsi Şuşanın ilin on birinci ayında azad edilməsinin rəmzi kimi 11 rəqəmini simvolizə edəcək.


Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Məscidin tikintisi “Paşa Holdinq”in dəstəyi ilə reallaşır.

Yeni inşa edilən məscid Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin mühüm layihələrindən biri olmaqla, Qarabağın dirçəlişini və xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını əks etdirir.


Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO/VİDEO - foto 1
Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO/VİDEO - foto 2
Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO/VİDEO - foto 3
Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO/VİDEO - foto 4
Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO/VİDEO - foto 5
Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO/VİDEO - foto 6
Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO/VİDEO - foto 7
Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO/VİDEO - foto 8
Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO/VİDEO - foto 9
Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular – FOTO/VİDEO - foto 10
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO