Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib - YENİLƏNİB

Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib - YENİLƏNİB

Hazırda oxunan: Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib - YENİLƏNİB

617253

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfər edib.

Azərbaycan xarici işlər nazirini gətirən təyyarə Təl-Əvivin Ben Qurion hava limanına enib.

XİN başçısını hava limanında İsrail XİN rəsmiləri, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov, İsrailin Azərbaycandakı səfiri Corc Dik qarşılayıb.

Qeyd edək ki, Ceyhun Bayramov İsrailə səfəri çərçivəsində Azərbaycanın İsraildəki səfirliyinin açılışında iştirak edəcək. Azərbaycan XİN başçısı İsraildə yüksək səviyyəli görüşlər keçirəcək.

Azərbaycan XİN başçısının regiona səfəri çərçivəsində martın 30-da fələstinli həmkarı ilə də görüşü planlaşdırılır.

***

17.04

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində, 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycanın İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO