Perunun paytaxtında musiqili fəvvarələr Azərbaycan Bayrağının rənglərinə büründü - FOTO/VİDEO

Perunun paytaxtında musiqili fəvvarələr Azərbaycan Bayrağının rənglərinə büründü - FOTO/VİDEO

Hazırda oxunan: Perunun paytaxtında musiqili fəvvarələr Azərbaycan Bayrağının rənglərinə büründü - FOTO/VİDEO

615869

Perunun paytaxtı Lima şəhərinin ən məşhur istirahət məkanlarından biri olan “Circuito Mágico del Agua” parkında 28 May – Müstəqillik Gününə həsr olunmuş xüsusi videoproyeksiya nümayiş etdirilib.
 
Bizim.Media xəbər verir ki, musiqili fəvvarələr xüsusi lazer işıqlandırma texnologiyası vasitəsilə Azərbaycan Bayrağının rənglərinə bürünüb.
 
Parkı ziyarət edən şəhər sakinlərinə Azərbaycanın Müstəqillik Gününə dair videoçarxlar nümayiş etdirilib, Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Videoçarxlarda Azərbaycanın zəngin tarixi, mədəni və dini-memarlıq irsi, turizm imkanları, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, eləcə də ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Bakı şəhərinin və Azərbaycanın regionlarının tarixi və müasir memarlıq üslublarının vəhdətini əks etdirən görüntülər təqdim olunub.
 
Nümayiş parkın çoxsaylı qonaqları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.






























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO