Yalçın Rəfiyev: “Azərbaycan üçün Afrika tərəfdaşların, dostların və ortaq hədəflərin qitəsidir”

Yalçın Rəfiyev: “Azərbaycan üçün Afrika tərəfdaşların, dostların və ortaq hədəflərin qitəsidir”

Hazırda oxunan: Yalçın Rəfiyev: “Azərbaycan üçün Afrika tərəfdaşların, dostların və ortaq hədəflərin qitəsidir”
615218
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Afrika bu gün dünyanın ən dinamik və ən böyük perspektiv vəd edən regionlarından biri kimi çıxış edir. Gənc əhalisi, sürətlə inkişaf edən iqtisadiyyatı, zəngin təbii resursları və artan geosiyasi əhəmiyyəti ilə qitə qlobal siyasi və iqtisadi gündəliyin formalaşmasında getdikcə daha mühüm rol oynayır”.

Bizim.Media xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda söyləyib.
 

O bildirib ki, Afrika İttifaqı artıq G20-nin tamhüquqlu üzvünə çevrilib. Afrika, eyni zamanda, BMT Təhlükəsizlik Şurasında iki daimi yer uğrunda mübarizə aparır və Azərbaycan bu təşəbbüsü tam dəstəkləyir.


“Azərbaycan üçün Afrika uzaq bir qitə deyil. Afrika bizim üçün tərəfdaşların, dostların və ortaq hədəflərin qitəsidir. Münasibətlərimiz qarşılıqlı hörmətə, həmrəyliyə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə dəstəyə əsaslanır”, - deyə nazir müavini əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO