Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu – FOTO

Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu – FOTO

Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu – FOTO

613943

Mayın 18-də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Azərbaycan Energetika Nazirliyi ilə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında “Binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalanması mərasimi olub.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, Türkiyənin enerji sahəsində böyük təcrübəsi mövcuddur.
 

"Bizim ölkəmiz də müvafiq qanun qəbul edərək Enerji Effektivliyi Fondu yaratdı. Bu sahədə müxtəlif layihələr icra etmək niyyətindəyik. Enerji səmərəliliyi barədə maarifləndirmə istiqamətində böyük işlər görülüb. Bu sahə böyük əhəmiyyət kəsb edir və adətən "gizlədilmiş bir enerji mənbəyi" kimi xarakterizə olunur", - deyə nazir qeyd edib.


Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum Azərbaycan və Türkiyə prezidentlərinin ortaya qoyduğu güclü dostluq iradəsinin iki ölkənin daha sıx əməkdaşlığına imkan yaratdığını qeyd edib.

“COP31 Türkiyədə keçiriləcək və biz Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən faydalanırıq. COP31-ə gedən yolda sizin rəhbərliyinizlə qazanılan təcrübə bizim üçün önəmlidir. Ən mühüm gündəm maddələrindən biri təmiz enerjidir və mövcud qlobal böhranlar bu prosesin nə qədər çətin olduğunu göstərir. Bu mənada Azərbaycanın dəstəyi çox əhəmiyyətlidir", - deyə türk nazir əlavə edib.

Murat Kurum bütün bunlarla yanaşı, Azərbaycanın və Türkiyənin dünyaya rol model olmalı və hər sahədə güclərini birləşdirməli olduğunu diqqətə çatdıraraq deyib:

"Dünyada hələ də elektrik enerjisinə çıxışı olmayan insanlar yaşayır. Bu məsələdə də sizinlə birlikdə ortaq bir iradə və duruş nümayiş etdirməliyik. İnanırıq ki, Türkiyə və Azərbaycan hər zaman Türk dünyasının səsini ucaltmağa və dünyaya duyurmağa çalışacaq".

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 ilə bağlı da birgə fəaliyyət göstərdiklərini qeyd edib.

O, bugünkü sazişin iqlim məsələlərinə və bu istiqamətdəki qlobal hədəflərə böyük töhfə verəcəyinə inandığını bildirib.

Daha sonra nazirlər Pərviz Şahbazov və Murat Kurum “Binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalayıblar.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO