Povilas Poderskis: “Mənzil investisiyaları əlçatanlıq və iqlim səmərəliliyini təşviq etməlidir” - VİDEO

Povilas Poderskis: “Mənzil investisiyaları əlçatanlıq və iqlim səmərəliliyini təşviq etməlidir” - VİDEO

Hazırda oxunan: Povilas Poderskis: “Mənzil investisiyaları əlçatanlıq və iqlim səmərəliliyini təşviq etməlidir” - VİDEO

613657

“Mənzil investisiyaları əlçatanlığı və iqlim səmərəliliyini təşviq etməlidir.”

Bizim.Media xəbər verir ki, bunu Litvanın Ətraf Mühit Nazirliyinin kansleri Povilas Poderskis Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Litva üçün mənzil sektoru yalnız bir sahə deyil, həm də təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin əsasını təşkil edir:
 

“Buna nail olmaq üçün üç əsas istiqamət vacibdir: aydın planlaşdırma, yerli hökumətlərin gücləndirilməsi və real, ölçülə bilən nəticələr. Litva bu üç istiqamətdə fəaliyyət göstərir.”


Nümayəndə çıxışında müharibədən zərər görmüş şəhərlərə də toxunaraq, xüsusilə Ukraynadakı yaşayış məntəqələrinin üzləşdiyi dağıntılara diqqət çəkib.


Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO