Nazir kolumbiyalı həmkarı ilə Azərbaycanda ispan dilinə artan maraqdan danışdılar - FOTO

Nazir kolumbiyalı həmkarı ilə Azərbaycanda ispan dilinə artan maraqdan danışdılar - FOTO

Hazırda oxunan: Nazir kolumbiyalı həmkarı ilə Azərbaycanda ispan dilinə artan maraqdan danışdılar - FOTO

610181

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın xarici işlər nazirinin müavini Xuana Kastro Santamarianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi, habelə bir sıra qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən turizm, viza liberallaşdırılması, təhsil, mədəniyyət, humanitar, tələbə mübadiləsi, Parlamentlərarası əlaqələr və bir sıra digər əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
 

Azərbaycanca ispan dilinə artan maraq, bu sahədə təşkil olunan proqramlarda vətəndaşların iştirakı məmnunluqla qeyd olunub.


Azərbaycanın COP29-a ev sahibliyi, bir sıra beynəlxalq platformalarda sədrliyi, regionda liderliyi təqdir olunub.

Tərəflər həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Hər iki ölkənin minalardan əziyyət çəkdiyi diqqətə alınaraq, minasızlaşdırma sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Eyni gündə Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələrlə bağlı növbəti iclas keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Elnur Məmmədov, Kolumbiya tərəfdən isə xarici işlər nazirinin müavini Xuana Kastro Santamaria rəhbərlik edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO