Qubad İbadoğlu hökuməti strateji ssenarilər hazırlamağa çağırdı

Qubad İbadoğlu hökuməti strateji ssenarilər hazırlamağa çağırdı

Hazırda oxunan: Qubad İbadoğlu hökuməti strateji ssenarilər hazırlamağa çağırdı

60420
“Son 3 ayda brent markalı xam neftin bir barreli 24 faiz və ya 83 dollaradək ucuzlaşıb. Hesablamalar göstərir ki, neftin qiymətinin 110 dollardan 84 dollaradək ucuzlaşmasından Azərbaycan gündə 10 milyon dollar, ayda 300 milyon dollar, ildə 3,6 milyard dollar vəsait itirir”.
Bunu “Media forum” saytına iqtisadçı ekspert Qubad İbadoğlu deyib.
Ekspert bildirib ki, Azərbaycan neftinin 1 dollar ucuzlaşması il ərzində 138 milyon dollar vəsaitin itirilməsi deməkdir: “Əgər ucuzlaşma 60 dollaradək davam edərsə o halda itkilər gündə 18,5 milyon dollaradək, ayda 550 milyon dollaradək və ildə 6 milyard 600 milyon dollaradək arta bilər. Bu halda büdcədə gərginlik yaranacaq, investisiya büdcəsində ixtisarlar gedəcək, pensiya və maaşlarda isə hətta cüzi artımlar belə olmayacaq. Odur ki, hökuməti bu tendensiyanı nəzərə almaqla növbəti dövr üçün müxtəlif ssenarilərlə strategiyalar hazırlamağa çağırıram”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO