Azərbaycan-Türkiyə Birgə Media Platforması ilə bağlı Anlaşma Memorandumu İMZALANDI – FOTO

Azərbaycan-Türkiyə Birgə Media Platforması ilə bağlı Anlaşma Memorandumu İMZALANDI – FOTO

Hazırda oxunan: Azərbaycan-Türkiyə Birgə Media Platforması ilə bağlı Anlaşma Memorandumu İMZALANDI – FOTO
603715
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Stratcom Summit 26” çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında media sahəsində mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi, xüsusilə dezinformasiya ilə mübarizə istiqamətində birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.
 

Vurğulanıb ki, qlobal informasiya məkanında baş verən transformasiyalar, eləcə də saxta və manipulyativ məzmunların artan təsiri dövlət qurumları arasında daha sıx koordinasiya və sistemli əməkdaşlığı zəruri edir.


Görüşün sonunda “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti arasında Azərbaycan – Türkiyə Birgə Media Platformasının Birgə İşçi Komissiyasının və Komitələrinin yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb.

Sənəd tərəflər arasında institusional əməkdaşlığın daha da dərinləşdirilməsini, birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsini və koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.

Azərbaycan-Türkiyə Birgə Media Platforması ilə bağlı Anlaşma Memorandumu İMZALANDI – FOTO - foto 1
Azərbaycan-Türkiyə Birgə Media Platforması ilə bağlı Anlaşma Memorandumu İMZALANDI – FOTO - foto 2
Azərbaycan-Türkiyə Birgə Media Platforması ilə bağlı Anlaşma Memorandumu İMZALANDI – FOTO - foto 3
Azərbaycan-Türkiyə Birgə Media Platforması ilə bağlı Anlaşma Memorandumu İMZALANDI – FOTO - foto 4
Azərbaycan-Türkiyə Birgə Media Platforması ilə bağlı Anlaşma Memorandumu İMZALANDI – FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO