İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO

İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO
598289
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar.

Bizim.Media xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına və birinci xanıma kənddə görülmüş işlər barədə məlumat verdi.

Xanabad Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd Silahlı Qüvvələrimizin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

İşğaldan əvvəl kənddə orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Burada ölkə əhəmiyyətli XIII əsrə aid kilsə və IX əsrə aid "Aslan qalası" memarlıq abidələri var.
 

Kənddə ümumilikdə 276 ev var ki, onlardan da 115-i yararsız, 161-i isə qismən yararlıdır. İndiyədək 120 ev təmir olunub. Bu ilin sonunadək daha 41 ev istismara hazır olacaq. Bir neçə gün əvvəl 38 ailə - 154 nəfər kəndə qayıdıb.


Xanabadda bir sıra sosial layihələr icra olunub. Belə ki, mövcud 3 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa edilib, eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib, subartezian quyularında və su anbarında təmir işləri aparılıb, 2 yeni su anbarının qurulması işlərinə başlanılıb.

Kəndin su təminatı üçün Əsgəran qəsəbəsinin ərazisində nasos stansiyası inşa edilib, kənddaxili yollar bərpa olunub. Kəndin girişində "Xanabad" kompozisiyası quraşdırılıb, Xanabad gölünün sahilində park salınıb, estakada inşa edilib və Dövlət Bayrağı ucaldılıb.



İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO - foto 1
İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO - foto 2
İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO - foto 3
İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO - foto 4
İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO - foto 5
İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO - foto 6
İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO - foto 7
İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO - foto 8
İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO - foto 9
İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO - foto 10
İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO - foto 11
İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO - foto 12
İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO - foto 13
İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO - foto 14
İlham Əliyev ailəsi ilə birgə Xocalının Xanabad KƏNDİNDƏ - FOTO/VİDEO - foto 15

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO