Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub - FOTO

Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub - FOTO

Hazırda oxunan: Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub - FOTO
593671
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 30-da Leyla Əliyeva Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub.

Bizim.Media xəbər verir ki, tanışlıq zamanı “Azərbaycan otağı”nda istifadə edilmiş konsepsiya və milli elementlər barədə məlumat verilib. Qeyd edilib ki, BMT-nin Cenevrə ofisində az sayda ölkənin öz otağı mövcuddur. Bu otaqlar BMT-nin tədbirləri zamanı müxtəlif sessiyaların, iclasların və görüşlərin keçirilməsində istifadə olunur. Bu baxımdan BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ölkəmizin təqdimatı istiqamətində əhəmiyyət kəsb edir.

Qeyd edək ki, BMT-nin Cenevrə bölməsində “Azərbaycan otağı” Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Burada müxtəlif konfrans və görüşlərin keçirilməsi üçün müvafiq şərait yaradılıb, həmçinin otaq müasir proqramlaşdırma və yüksək texnoloji avadanlıqlarla təmin olunub.

“Azərbaycan otağı”nın tərtibatında milli elementlərə, eləcə də Qarabağ xalçası, şəbəkə eksponatı, muğam üçlüyü - tar, kamança və qavala, Azərbaycan təbiəti və memarlığını əks etdirən fotolara yer verilib.

Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub - FOTO - foto 1
Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub - FOTO - foto 2
Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub - FOTO - foto 3
Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub - FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO