Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO

Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO

Hazırda oxunan: Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO
587178
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.

Bizim.Media xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına kompleksdə yaradılmış şərait barədə məlumat verib.

Bildirilib ki, ərazisi 13 hektardan çox olan kompleksdə 11 məhəllə var. Burada 60 bina inşa edilib. Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil var.

Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək.
 

Binalar daimi su, elektrik və sürətli internet xətləri, mənzillər isə istilik və isti su ilə təmin edilib. Kompleksin ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, uzunluğu 5 kilometrə yaxın olan daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb.


Qeyd edək ki, dövlət başçısı bu kompleksin təməlini 2023-cü ildə qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin fevralında kompleksdə görülən tikinti işlərinin gedişi ilə tanış olublar.

Qarabağın və Şərqi Zəngəzurun bərpasında əsas prinsip müasir standartlara uyğun məntəqələrin qurulması ilə keçmiş məcburi köçkünlərin rahat yaşayışını təmin etməkdən ibarətdir. Bununla yanaşı, sosial infrastrukturun yaradılması xüsusilə diqqət mərkəzində saxlanılır.
 

İşğaldan azad edilmiş ərazilərimizdə müasir məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir, məşğulluğun təmin olunması üçün sənaye parkları, müxtəlif istehsal müəssisələri, xidmət sahələri yaradılır.


Bütün bu tədbirlər Qarabağın və Şərqi Zəngəzurun qısa müddətdə dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və bölgənin sürətli inkişafına xidmət edir.



Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 1
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 2
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 3
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 4
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 5
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 6
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 7
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 8
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 9
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 10
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 11
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 12
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 13
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 14
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 15
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 16
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 17
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 18
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 19
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 20
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 21
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 22
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 23
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 24
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 25
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 26
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 27
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 28
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 29
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 30
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 31
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 32
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 33
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 34
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 35
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 36
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 37
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 38
Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO - foto 39

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO