Azərbaycan və Rusiya XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan və Rusiya XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr keçirildi

Hazırda oxunan: Azərbaycan və Rusiya XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr keçirildi
584897
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
 

Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, qarşı tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik edib.


Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin mövcud vəziyyəti, gündəlikdə duran və qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. İki ölkə liderləri arasında cari ilin 9 oktyabr tarixində Düşənbə şəhərində keçirilmiş görüşdə əldə olunmuş razılaşmaların ikitərəfli siyasi dialoqun əsasını təşkil etdiyi vurğulanıb.

Siyasi məsləhətləşmələr zamanı həmçinin iki ölkə arasında iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bununla yanaşı, regional platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Azərbaycanla Ermənistan arasında ikitərəfli qaydada aparılan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO