Azərbaycan və Gürcüstan XİN rəhbərləri iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib - FOTO

Azərbaycan və Gürcüstan XİN rəhbərləri iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib - FOTO

Hazırda oxunan: Azərbaycan və Gürcüstan XİN rəhbərləri iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib - FOTO
583918
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə inkişaf dinamikası müsbət qiymətləndirilib, iki ölkə arasında dostluq, qarşılıqlı dəstək və mehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlığın regionda sabitlik və inkişaf üçün mühüm rol oynadığı qeyd edilib.
 

Görüşdə, ikitərəfli iqtisadi və ticarət əlaqələri, o cümlədən enerji, nəqliyyat-logistika istiqamətlərində indiyədək həyata keçirilmiş müştərək strateji layihələr barədə fikir mübadiləsi aparılıb. Regionda nəqliyyat-kommunikasiya dəhlizlərinin gücləndirilməsinin hər iki ölkənin, eləcə də bütün regionun rifahı üçün strateji əhəmiyyəti vurğulanıb.


Nazir Ceyhun Bayramov Vaşinqton sammitindən sonra sülh prosesi ilə bağlı ətraflı məlumat verib. Vaşinqtonda əldə olunmuş razılıqların regionda sülh gündəliyinin irəliləməsi baxımından mühüm dönüş nöqtəsi olduğu vurğulanıb, ölkəmizin proses çərçivəsində gözləntiləri diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və Gürcüstan XİN rəhbərləri iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib - FOTO - foto 1
Azərbaycan və Gürcüstan XİN rəhbərləri iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib - FOTO - foto 2
Azərbaycan və Gürcüstan XİN rəhbərləri iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO