Latviyalı deputat:

Latviyalı deputat: "Azərbaycan indiki dövrdə Avropa üçün strateji cəhətdən daha vacib ölkəyə çevrilir"

Hazırda oxunan: Latviyalı deputat: "Azərbaycan indiki dövrdə Avropa üçün strateji cəhətdən daha vacib ölkəyə çevrilir"

579989
"Azərbaycan indiki dövrdə Avropa üçün strateji cəhətdən daha vacib ölkəyə çevrilir".
 
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Latviya Seyminin (parlament) deputatı Artuss Kayminş bildirib.
 
O deyib ki, bu baxımdan Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda gedən proseslər avropalı siyasətçilərin əhəmiyyətli dərəcədə diqqət mərkəzindədir.
 
Onun sözlərinə görə, bu gün keçmiş sovet ölkələri arasında Avropa dəyərlərinə daha çox maraq göstərən ölkələrdən biri də Azərbaycandır: "Bu baxımdan, Avropa İttifaqı ölkələri ilə, o cümlədən Latviya ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri aktualdır. Latviya və Azərbaycan qarşılıqlı əməkdaşlığın daha da inkişafında maraqlıdır. Bu, müxtəlif vaxtlarda ali səviyyəli görüşlərdə də vurğulanıb. Biz çox istərdik ki, qarşılıqlı səfərlər çox olsun. Xüsusilə ilə indiki dövrdə bu daha önəmlidir".
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO