Sahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb - FOTO

Sahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb - FOTO

Hazırda oxunan: Sahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb - FOTO
576688
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 22-də Milli Məclisin sədri Sahibə Qafarova Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildiriblər ki, görüşdə ölkələrimizi birləşdirən dostluq münasibətlərindən və qarşılıqlı faydalı əməkdaşlıqdan söz açan parlamentin sədri dövlətlərarası münasibətlərin inkişafında ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin, görüşlərin, eləcə də imzalanan sənədlərin mühüm rol oynadığını deyib.

O, həmçinin özünün üç il əvvəl Estoniyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşləri məmnunluqla xatırladıb.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib.
 

S.Qafarova qonağa Vaşinqton görüşü və Azərbaycan-Ermənistan arasında normallaşma prosesi ilə bağlı fikirlərini çatdırıb, həmçinin özünün Cenevrədə Ermənistan parlamentinin spikeri ilə baş tutan görüşü haqqında məlumat verib.


Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə məlumat verən Estoniyanın xarici işlər naziri Marqus Tsahkna, həmçinin Azərbaycan ilə Ermənistan arasında Vaşinqton görüşündə əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırıb, ölkəmizin regionda sülhün, əmin-amanlığın, eləcə də əməkdaşlığın təmin olunmasındakı rolunu yüksək dəyərləndirib.

Görüşdə parlamentlərarası əlaqələrin ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin vacib tərkib hissəsi olduğu vurğulanaraq, beynəlxalq platformalarda qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti, o cümlədən qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətinin vacibliyi qeyd olunub.

Sahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb - FOTO - foto 1
Sahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO