Sahibə Qafarova Alen Simonyanla bu sahədə razılığa gəldi - FOTO

Sahibə Qafarova Alen Simonyanla bu sahədə razılığa gəldi - FOTO

Hazırda oxunan: Sahibə Qafarova Alen Simonyanla bu sahədə razılığa gəldi - FOTO
576621
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşü yüksək qiymətləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni KİV-ləri yayıb.

“Bu görüşün təşkilinə görə koordinatora çox minnətdaram,” – deyə o, jurnalistlərə açıqlamasında bildirib.
 

Simonyan qeyd edib ki, o və azərbaycanlı həmkarı cəmiyyətlərin yaxınlaşması, sülh şəraitində birgəyaşayış və qarşılıqlı addımlar atılması məsuliyyətini öz üzərlərinə götürməyin vacibliyi barədə qarşılıqlı anlayışa gəliblər.


“Qeyd etmək istəyirəm ki, mənim həmkarım da bu anlayışı bölüşür. Görüş çox pozitiv və səmimi keçdi,” – deyə Simonyan əlavə edib.
 

Ermənistan və Azərbaycan parlament sədrləri həmçinin bu addımların mümkün qədər tez atılmalı olduğu barədə razılığa gəliblər.


Qeyd edək ki, parlament sədrlərinin görüşü dünən Cenevrədə, Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutub.

Sahibə Qafarova Alen Simonyanla bu sahədə razılığa gəldi - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO