Türkmənistan səfiri: “Füzulidə tikiləcək məscid Türk dünyasının həmrəyliyinin simvoludur”

Türkmənistan səfiri: “Füzulidə tikiləcək məscid Türk dünyasının həmrəyliyinin simvoludur”

Hazırda oxunan: Türkmənistan səfiri: “Füzulidə tikiləcək məscid Türk dünyasının həmrəyliyinin simvoludur”
574621
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Türk Dövlətləri Təşkilatı ortaq dəyərləri birləşdirən mühüm təşkilatdır. Bu qurum türk dövlətləri arasında həmrəyliyi, qarşılıqlı əlaqələri və əməkdaşlığı möhkəmləndirir. Dünya birliyi hazırda çox çətin və mürəkkəb dövrünü yaşayır. Bu şəraitdə dövlətlərimiz arasında əlaqələrin daha da güclənməsi xüsusi əhəmiyyət daşıyır. Türkmənistan dostluq və qardaşlıq əlaqələrinin inkişafı, nəcib məqsədlərə nail olunması üçün qardaş Azərbaycan da daxil olmaqla, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə konstruktiv əməkdaşlığa hazırdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov ölkəsinin Füzulidə tikiləcək məscidin təməlqoyma mərasimi ilə bağlı keçirilən brifinqdə söyləyib.

O bildirib ki, Füzulidə tikiləcək məscidin təməlqoyma mərasimində Türk Dövlətləri rəhbərlərinin iştirakı tarixi hadisədir. Bu məscidin məhz Füzuli şəhərində – azad edilmiş Azərbaycan torpaqlarında inşa olunması böyük simvolik məna daşıyır.

Bu layihə Azərbaycan və Türkmənistan arasında qardaşlıq və dostluğun da bariz göstəricisidir.

Füzulidə ucaldılacaq məscid təkcə dini məkan deyil, həm də Türk dünyasının birliyini, həmrəyliyini və mənəvi dəyərlərə sadiqliyini ifadə edən rəmz olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO