Dünyanın ən kiçik “3G” modemi yaradılıb

Dünyanın ən kiçik “3G” modemi yaradılıb

Hazırda oxunan: Dünyanın ən kiçik “3G” modemi yaradılıb

53978
“Intel” şirkəti 300 kv.mm ölçüsündə dünyanın “XMM 6255” adlı ən kiçik “3G” modemini hazırlayıb. Modemin ölçüsü 1 sentlik sikkədən bir qədər böyükdür.
 
“ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “XMM 6255” modemi “SMART UE2p” radiotezlik qəbuledici ötürücüsü, yaddaş modulu və daxili enerji blokundan ibarətdir. Maksimal yükləmə sürəti saniyədə 7,2 meqabit (MB) və serverə yükləmə sürəti saniyədə 5,6 MB təşkil edir.
 
 
“Intel” şirkətindən bildirilib ki, “XMM 6255” modemi daşınan elektronika, həmçinin "ağıllı ev" texnologiyasının inkişafında geniş tətbiq edilə bilər. Məsələn, “3G”-modem məişət texnikası, həmçinin mühafizə sisteminə quraşdırıla bilər.
 
Bundan başqa, şirkət nümayəndələri bildiriblər ki, “XMM 6255” modemi istiliyə qarşı davamlıdır və ekstremal şəraitlərdə işləyə bilər.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO